Bəhreynlilər ölkədə məscidlərin dağıdılmasına etiraz edib

Bəhreyn xalqı aksiya keçirərək, Ali-Xəlifə muzdurları tərəfindən bu ölkədə məscidlərin dağıdılmasına etiraz edib.
Maide.az xəbər verir ki, Manama Post xəbər portalının məlumatına görə, Bəhreyn xalqı bu ölkənin müxtəlif şəhərlərində aksiya keçirib və  Ali-Xəlifə muzdurları tərəfindən 38 məscidin dağılmasını pisləyiblər.
Bəhreynlilərin aksiyaları Tubli-də, Sitrə adasında, Manama şəhərində keçirilib və aksiyaçılar Ali-Xəlifə rejiminin devrilməsi barədə şüarlar veriblər.
Onlar habelə siyasi məhbuslarla öz həmrəyliklərini bildiriblər və 2011-ci il 14 fevral inqilabının hədəflərinə sədaqətlərini vurğulayıblar.
Bəhreyn 2011-ci ildə xalq qiyamının yatırılmasından bəri xalq etirazları səhnəsdir. Bəhreyn xalqı Ali-Xəlifə rejiminin repressiya siyasətlərinin dayandırılması, xalq dövlətinin təşkili, siyasi islahatların aparılması və siyasi məhbusların azad edilmələrini istəyir./

Google+ WhatsApp ok.ru