Suriyada təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində ölənlərin sayı 35-ə çatıb

Suriyada hərbi təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində ölənlərin sayı 35-ə çatıb.
 
Bunu Suriya Mülki Müdafiə Qoşunlarının nümayəndəsi Rami Kurabi bildirib.
 
Onun sözlərinə görə, hökumət qüvvələrinə məxsus hərbi təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində 35 mülki vətəndaş həyatını itirib, 120 nəfər xəsarət alıb.
 
Təyyarənin düşdüyü yerdə 6 binanın yerlə yeksan olduğu bildirilir. Məlumatlara əsasən, dağıntılar altından çoxlu sayda ölü və yaralı çıxarılıb.
 
Suriya İnsan Haqlarına Nəzarət Təşkilatının rəhbəri Rami Abdülrahman təyyarənin texniki  nasazlıq nəticəsində qəzaya uğradığını iddia edib.
 
Qeyd edək ki, Erixa Suriya ordusunun əsas istinadgahlarından biri olub. Bu ilin mayında isə müxalif qüvvələrin əlinə keçib. Bu arada bəzi mənbələr qəza baş verdiyi qəsəbənin Əsəd qüvvələrinin hücumuna məruz qaldığı barədə məlumat yayıb.

Google+ WhatsApp ok.ru