BƏƏ-li şəhzadə öldürülüb

Maide.az xəbər verir ki, Yəməndə son olaraq Ənsarullah qüvvələrinin Mərib şəhəri yaxınlığındakı Sapfir hava limanına təşkil etdiyi hücumlarda onlarla koalisiya əsgəri öldürülüb.
 
Bölgədən gələn yeni bir iddiaya görə, Birləşmiş Ərəb Əmirlikləri şahzadələrindən birinin də bu əməliyyat zamanı öldürüldüyü bildirilir.
 
"Əl-nashra" xəbər agentliyinin verdiyi məlumata görə, təşkil olunan hücumda yüzdən çox koalisiya əsgəri öldürülüb. Ölənlərin arasında BƏƏ şahzadəsi də var.
 
Yəmən mənbələri balistik raketlə keçirilən əməliyyatda təxminən 300 əsgərin öldürüldüyünü bildirsə də, koalisiya komandanlıq mərkəzi 60 əsgərin öldüyünü bildirir.

Google+ WhatsApp ok.ru