Suriya ordusu mühüm əhəmiyyət kəsb edən Zabadani şəhərini terrorçulardan tamamilə azad etdi

Suriyanın Silahlı Qüvvələri Livanın aparıcı "Hizbullah" təşkilatının dəstəyi ilə mühüm əhəmiyyət kəsb edən və Suriya-Livan sərhədində yerləşən Zabadani şəhərini terrorçulardan azad etməyə müvəffəq olublar.
 
Deyerler.org-un "RIA Novosti"yə istinadən verdiyi xəbərə görə, Suriyanın Silahlı Qüvvələri uzun müddətdir ki, bu şəhər uğrunda mübarizə aparır.
 
Terrorçular 2011-ci ildə, bu şəhəri işğal ediblər. Sözügedən şəhərdə hökümət qüvvələri "Əhrar əş-Şam və "Nüsra" cəbhəsinin terrorçularına qarşı mübarizə aparırdılar. Bu mübarizə çərçivəsində yüzlərlə yaraqlı məhv edilib. Bundan əvvəl bildirilirdi ki, Zabadanidə 500 terrorçu mühasirəyə götürülüb. /

Google+ WhatsApp ok.ru