Bəhreyn həbsxanalarında işgəncə davam edir

Xəbər mənbələri Bəhreyndə insan haqlarının pozulması və bu ölkə həbsxanalarında məhbusların işgəncə olunmalarının davam etməsindən xəbər verib.
Maide.az xəbər verir ki, Əllolo telekanalının məlumatına görə, Bəhreyndə insan haqlarının pozulmasının davamında təcridxanada verilən sərt işgəncələrə məruz qalan , İslami Əməl Cəmiyyətinin başçılarından olan bəhreynli ruhani Əhməd Macidin ümumi vəziyyəti ağırdır və bu səbəbdən, xəstəxananın intensiv terapiya bölməsinə yatırılıb.
Məlumata əsasən, Bəhreynli din xadimi on beş il bundan öncə siyasi fəaliyyətlərinə görə saxta ittihamlarla Mərkəzi Cu zindanında saxlanılır və bu müddətdə müxtəlif işgəncələrə məruz qalıb.
Əhməd Macidin ailəsi onun ümumi durumundan nigarandır. Xüsusilə ona görə ki, onun bədən üzvlərinin qismən və ya  tam iflic olması ehtimalı var.
Bəhreyn 2011-ci il xalq qiyamının yatırılmasından indiyədək siyasi islahatlar tələb edən dinc xalq etirazları səhnəsinin şahididir. Ali-Xəlifə rejimi "Ada sipəri" adı altında Bəhreyndə yerləşmiş Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizlik məmurları və digər ərəb ölkələrinin hərbçiləri, xüsusən səudiyyə həbrçilərinin köməyi ilə Bəhreyn xalqının etirazlarını yatırır. /

Google+ WhatsApp ok.ru