Bəşər Əsəd: “Suriya-Rusya-İran-İrak ittifaqı uğurlu olmalıdır”

Suriya prezidenti Bəşər Əsəd Suriya-Rusya-İran-İrak ittifaqının uğurlu olmayacağı təqdirdə, bölgənin böyük fəlakətlərlə üz-üzə qalacağını söyləyib.
Maide.az xəbər verir ki, “İran Xəbər Kanalı”na danışan B.Əsəd Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatın Yaxın Şərqin məhv olmaqdan xilas edilməsi üçün həyati əhəmiyyət daşıdığını deyib.
Qərb və ərəb dövlətlərinin Suriya və İraqda davam etdirdiyi hava hücumlarının terrorun daha da genişmiqyaslı ərazilərə yayılmasına səbəb olduğunu bildirən Bəşər Əsəd sözlərinə əlavə edib ki, Suriya-Rusya-İran-İrak ittifaqı ilə bu terrorun qarşısının alına biləcəyini söyləyib.
Məlumat üçün bildirək ki, Rusiya ordusu ötən həftədən etibarən Suriyada İŞİD terrorçu qruplaşmasının mövqelərinə zərbələr endirməyə başlayıb. /

Google+ WhatsApp ok.ru