Rusiya qırıcıları 10 İŞİD hədəfini vurdu

Rusiya qırıcıları Suriyada İŞİD qruplaşmasına məxsus növbəti bir neçə hədəfi məhv edib.
 
Rusiya qırıcıları Suriyada İŞİD qruplaşmasına məxsus növbəti bir neçə hədəfi məhv edib. Bu barədə Rusiyanın müdafiə nazirliyi məlumat yayıb. Əməliyyatlar, əsasən, İdlib vilayətində keçirilib.
 
“Son 24 saat ərzində “Su-34”, “Su-24M” və “Su-25” qırıcıları ilə əməliyyatlar keçirilib. İŞİD-ə məxsus 10 obyekt dağıdılıb. İdlib vilayətində terrorçuların təlim düşərgəsini məhv etmişik. Əməliyyatçıların məhv etdiyi obyektlər kustar üsulla partlayıcı hazırlamaq üçün istifadə olunan məkan idi. “Su-24m” qırıcıları isə, Cisr əş-Şuqur şəhəri ətrafında İŞİD-ə məxsus 8 obyekti dağıdıbılar.” – deyə Rusiya müdafiə nazirliyinin mətbuat katibi İqor Konaşenkov qeyd edib.

Google+ WhatsApp ok.ru