Bəhreynin müxtəlif bölgələrində etiaz aksiyası keçirilib

Bəhreynin müxtəlif məntəqələrində məhbuslarla həmrəylik aksiyası
Bəhreynin müxtəlif bölgələrində  bəhreynli məhbuslarla həmrəylik aksiyası keçirilib.
Maide.az xəbər verir ki, İraqın Brasa xəbər agentliyinin məlumatına görə, Bəhreynin müxtəlif bölgələrində, o cümlədən Kərəzkan, Diraz, Nəvidrat və Sitrə məntəqələrinin sakinləri bəhreynli məhbus və həlak olanların ailələri, insan hüquqları müdafiəçiləri və siyasi fəalların iştirakı ilə aksiya keçiriblər.
Aksiyaçılar məhbusların, o cümlədən Bəhreyn Milli Birlik Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın təsvirlərini əllərində daşıyıblar.
Aksiyaçılar  son zamanlar bəhreynli hərbçilərin geniş hücumları hədəfinə çevrilmiş Əlnəvidrat məntəqəsinin sakinləri ilə öz həmrəyliklərini elan ediblər.
Bəhreyn, xalq qiyamının 2011-ci ildən indiyədək  dinc xalq etirazlarının şahididir. Xalq Bəhreyndə siyasi islahatların aparılmasını istəyir.
Ali-Xəlifə rejimi "Ada Sipəri Qüvvələri" formasında Bəhreyndə yerləşmiş səudiyyə hərbçiləri, Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizlik məmurları və digər ərəb ölkələri hərbçilərinin köməyi ilə bu ölkədə xalq etirazlarını yatırır. /

Google+ WhatsApp ok.ru