Bəhreyndə Şiələrin dini mərkəzləri atəşə tutulub

Bəhreynin “Milli Bİrlik” İslam Cəmiyyətindən bu ölkənin “Əl-Həmlə” və “Dəmestan” bölgələrində Şiələrin dini mərkəzlərinə silahlı hücumların təşkil edildiyini bildirib.
Maide.az xəbər verir ki, Bəhreynin “Milli Bİrlik” İslam Cəmiyyəti bu hücumlara görə, bağlı aidiyyəti orqanlardan İmam Hüseyn (ə) əzadarlıq mərasimlərinin təhlükəsizliyinin təmin ediməsini tələb edib.
Cəmiyyət qeyd edib: Ölkənin “Əl-Həmlə”, “Dəmestan” rayonlarında Şiələrin dini mərkəzlərinə 16 oktyabrda silahlı hücumlar edilib və bu hadisə müsəlmanların Hz. Peyğəmbərin (s) sevimli nəvəsinin şəhid olmasını qeyd etdiyi ərəfədə baş verib.
Bəhreynin “Milli Bİrlik” İslam Cəmiyyəti bu terror təcavüzünü çox təhlükəli adlandıraraq, vurğulayıb: Bu, ölkədə silahlı terroristlərin olmasını və Hüquq-Mühafizə orqanlarının qarşılıqlı şəffaf, aydın fəaliyyət göstərməli olduğunu göstərir.
Bəhreyn rejiminə qarşı çıxan bu siyasi cəmiyyət Şiələrin dini mərkəzlərinə silahlı hücumların təşkil edildiyini Ərəbistanın şərqində terror əməliyyatları ilə eyni vaxta təsadüf etməsinə toxunaraq, əlavə edib ki, bu kimi terror aktları bütün Bəhreyn vətəndaşlarının qorunması üçün milli mövqe sərgilənməsi və dini, müqəddəs məkanların mühafizə edilməsini zəruri edir. /
 
 
 

 

Google+ WhatsApp ok.ru