İstanbul hava limanında qəribə hadisə

Maide.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərinin aeroportunda qəribə hadisə yaşanıb. Belə ki, Britaniya vətəndaşı Jaklin Enn Satton təyyarə reysinə gecikdiyi üçün intihar edib.
Satton Londondan İstanbula şənbə günü axşam gəlib və tranzit reys ilə İraqın Ərbil şəhərinə uçmalı imiş, lakin gecikib.
Türkiyə mediasının yazdığına görə, hava limanı əməkdaşlarına yeni bilet almaq üçün pulunun olmadığını bildirən qadın tualetə gedib və orada ayaqqabısının bağından özünü asıb.

Google+ WhatsApp ok.ru