Bəhreyn rejimi 45 ölkə vətəndaşını həbs edib

Bəhreyn polis qüvvələrinin son 24 saat ərzində ölkənin müxtəlif bölgələrində əhalinin evlərinə hücum etməsi nəticəsində onlarla insan saxlanılıb.
Maide.az xəbər verir ki, “14 fevral “ İnqilab Hərəkatının informasiya saytı bu həbsləri pisləyərək qeyd edib: “Bəhreyn rejimi bütün müxalif səsləri batırmaq və vətəndaşlar arasında qorxu və vəhşət yaratmaq üçün öz cinayət əməllərini davam etdirir”.
Bəhreynin Əl-Diye bölgəsinin sakinləri də “Biz həbsdən qorxmuruq” şüarı ilə etiraz aksiyası keçirərək bu həbsləri pisləyiblər.
DİN-i təhqir etmək və xarici dövlətlərlə əməkdadşlıq etməkdə ittiham olunan “Əl-Vefaq” Cəmiyyətinin baş katibi və Bəhreyn müxalifətinin lideri Şeyx Əli Salman hələ də rejimin həbsxanalarındadır və onun azad edilməsi üçün indiyədək bütün ölkə üzrə yüzlərlə etiraz mitinqi keçirilib.
Bəhreyn xalqı 2011-ci ildən etiraz mitinqlərinin şahididir. Xalq  azadlıq, ədalət və ayrıseçkiliyə etiraz edir və ölkədə xalqın səsi ilə seçilmiş hökumətin qurulmasını tələb edir. İndiyədək Bəhreyn rejim qüvvələri və xalq arasında baş verən qarşıdurmalarda onlarla adam şəhid olub, yüzlərlə insan həbs olunub. /
 

 

Google+ WhatsApp ok.ru