Bəhreyn məhkəməsi 8 etirazçını 3 ildən 10 ilədək azadlıqdan məhrum edib

Bəhreyn məhkəməsi 8 etirazçını aksiya keçirmək və avtomobil şinlərini yandırmaq ittihamları ilə 3 ildən 10 ilədək həbs cəzasına məhkum edib.
 
Maide.az xəbər verir ki, 10 noyabr, çərşənbə axşamı keçirilən Məhkəmə altı etirazçını Bəhreyn paytaxtı Mənamə şəhərinin qərbindəki Sər rayonunda avtomobil təkərlərini yandırmaq və Molotof kokteyl şüşələri saxlamaq ittihamları ilə 10 ilə müddətə azadlıqdan məhrum edib.
 
Məlumata görə, daha üç aksiya iştirakçısı Sar rayonunun girişində tezalışan maddələr qoymaq ittihamı ilə üç il həbs cəzasına məhkum edilib.
 
Bəhreyn Cinayət Məhkəməsi adətən hakim rejimə qarşı etiraz edən və demokratik bir dövlətin qurulmasını tələb edən insanlara qarşı anoloji hökmlər çıxarır.
 
Müxalifətə qarşı repressiya siyasətinin davamı olaraq, Bəhreyn Məhkəməsi 9 noyabr, bazar ertəsi ölkənin iki vətəndaşının şəxsiyyəti təsdiq edən sənədini siyasi motivli ittihamlarla ləğv edib.
 
Ötən həftə isə daha beş nəfərin sənədi ləğv edilib.
 
Bəhreyn rəsmiləri indiyədək 187 nəfərdən çox vətəndaşın şəxsiyyəti vərəqəsini siyasi bəhanələrlə ləğv edib./

Google+ WhatsApp ok.ru