Paraqvayın “Ciudad del Este”şəhərində ən böyük məscidin açılışı olub

Paraqvay prezidenti Horacio Card Ciudad del Este şəhərində ölkənin ən böyük məscidinin açılışını edib.
Maide.az xəbər verir ki, məscidin dünən baş tutan təntənəli açılış mərasimində Paraqvay prezidentindən əlavə, bir sıra siyasi və diplomatik rəsmilər iştirak edib.
Dəyəri bir milyon dollara başa gələn bu yeni məscid Paraqvayın Ciudad del Este şəhərində yerləşən “əl-Xoləfa əl-Raşedin” İslam Mərkəzinin ortasında inşa edilib./

Google+ WhatsApp ok.ru