Bəhreyn dini alimlərinə siyasi fəaliyyət qadağan olundu

Bəhreyn Şura Məclisi rejimə qarşı çıxan müxalifləri əzmək siyasəti istiqamətində, bu ölkənin dini alimlərinə siyasi fəaliyyəti qadağan edən qanun qəbul edib.
 
Maide.az xəbər verir ki, bu qanun Parlamentin Qanunvericilik Komitəsi tərəfindən Bəhreyndə siyasi qrupların fəaliyyətinə düzəliş etmək məqsədilə qəbul olunub.
 
Komitədən bildirilib ki, nəzərdə tutulan düzəlişləri həyata keçirməklə, dini alimlər artıq dini mənbərlərdən öz siyasi əqidələrini və ya konkret siyasi qrupa dəstək vermək üçün istifadə edə bilməyəcəklər.
 
Yeni qanun Bəhreynin dini alimlərinə və ruhanilərinə siyasi qruplara rəhbərlik etməyi də qadağan edir.
 
Sözügedən qanun qəbul edilməzdən əvvəl, ölkədəki “Co” həbsxanasında saxlanılan məhbuslar bəyanat yayaraq, həbsdə olan dini alimləri sərbəst buraxmağı tələb etmişdilər./

Google+ WhatsApp ok.ru