Bəndər bin Sultan: Şiələri faşistlərin üsulu ilə öldürəcəyik

Britaniya MI6 xüsusi xidmət orqanının keçmiş rəhbəri İŞİD təkfirçi qruplaşmanın necə formalaşması və Səud rejiminin və eləcədə Qətərin bu qruplaşmanı dəstəkləməsi ilə bağlı bildirib ki, Ərəbistan Təhlükəsizlik Təşkilatının sabiq şefi Bəndər bin Sultan faşistlərin yəhudilərin başına gətirdiyi bəlanın şiələrin və ələvilərin başına gələcəyini söyləyib.
 
Maide.az-ın məlumatına görə, "İndependent" qəzeti öz məqaləsində Riçard Dirlavın açıqlamalarına verib: "Ərəbistan İraqın şimalını ələ keçirmək üçün İŞİD-ə yardım etdi, çünki rəsmi ər-Riyad bunu “şiələrin kütləvi qətliam və həyatlarının Alman faşistlərinin kölgəsi altında yəhudilərin həyatına oxşar əməliyyatın” bir hissəsi kimi görürdü."
 
Dirlav keçən həftə “British Service” Kral İnstitutundakı çıxışı zamanı deyib: "Bəndər bin Sultan 2001-ci il sentyabr hadisələrindən əvvəl Nyu-Yorkda şifahi olaraq mənə, "Yaxın Şərqdə bir milyard sünninin şiələrə üstün gələcəyi o gün uzaqda deyil" söyləmişdi."  
 
O bununla, şiələrin kütləvi şəkildə qətlə yetirilməsini nəzərdə tuturdu: "Bəndər bin Sultanın şiələrə söz verdiyi o ölümcül anlar artıq çatıb və bu da yalnız 2003-cü ildən indiyədək kamikadzelər və bombalanmış avtomobilləri vasitəsilə bir milyon şiəni kütləvi qırmaqla məhdudlaşmır; bu xüsusilə də Ərəbistan rejiminin dəstəyi ilə İraqın şimalını, yəni Neynəva və Mosulu ələ keçirmək idi - İŞİD şiə qadın və körpələri, izədiləri və İraq HHQ (Hərbi hava Qüvvələrinin) kursantlarını qətlə yetirərək kütləvi şəkildə dəfn etməsi demək idi. Mosulda və Təl-Əfər yaxınlığında türkmanların yaşadığı bir şəhərdə şiələrin məzarları və məscidləri partladıldı və İŞİD 4 min evə “müharibə qəniməti” qismində əl qoydu və beləliklə, İraqda şiələrin həyatı, eləcə də Suriyada şiələrin bir qismi sayılan ələvilərin, habelə xristianların həyatı 1940-ci illərdə Avropada faşistlərin nəzarəti altında olan bölgələrdə yaşayan yəhudilərin həyatından daha təhlükəli oldu."
 
Dirlavın dediyinə görə, Ərəbistan və Qətərn İŞİD-ə davamlı böyük maliyyə yardımları terroçuların İraqın sünnilər yaşayan bölgələrinə nəzarəti ələ almasında əsas rol oynayıb və bu öz-özünə baş vermir və İrqın sünni çoxluğu ilə İŞİD arasında əməkdaşlıq Körfəz ölkələrinin maliyyə sponsorlarının göstərişi, təlimatları və razılığı olmadan mümkün olmazdı.
 
"İndependent" qəzeti yazır: KİV-lər diqqəti Britaniya xüsusi xidmət orqanının keçmiş rəhbərinin çıxışında Bəndər bin Sultanın şiələri, ələviləri və digər azlıqları kütləvi qırmaqla bağlı planına dair açıqladığı səsküylü xəbərə yox, İŞİD-in Qərbə qarşı təhdid olmasına yönəltdilər. Halbuki, Dirlav qeyd edtmişdi ki İŞİD-in Qərbə qarşı təhdidi əl-Qaidənin təhdidinfən fərqli olaraq, böyüdülür, çünki əl-Qaidə Qərb maraqlarını təhdid etməyi vacib sayırdı. Buna baxmayaraq, İŞİD diqqəti Bəndər bin Sultanın planı üzrə vəhhabi əqidəsinə görə qeyri-müsəlman və kafir sayılan insanları qətlə yetirməyə yönəldib. /

Google+ WhatsApp ok.ru