Torontoda dini liderlər müsəlmanlarla həmrəylik nümayiş etdiriblər

Parisdə baş verən son terror aktlarından sonra Toronto və digər şəhərlər nifrətdən yaranan cinayətlərə şahidlik etdi.
 
Maide.az xəbər verir ki, Paris hadisələrindən bir gün sonra, Ontario əyalətinin Piterboro şəhər məscidi qəsdən yandırıldı.
 
Ondan iki gün sonra isə Torontonun North York rayonunda iki kişi uşaqlarının ardınca məktəbə gedən bir müsəlman qadını döyüblər.
 
Nifrətlə bağlı cinayətlərin artması nəticəsində, Torontoda yaşayan dini liderlər və siyasətçilər bu kimi əməllərə qarşı çıxış etmək və şəhərin müsəlman icması ilə bir yerdə olduğunu göstərmək üçün bir yerə toplaşıblar.
 
Tədbir yoxsulluqla mübarizə aparan “şəhərdə iman” adlanan Təşkilat tərəfindən xurafata qarşı Cəmiyyətin səsinin gücləndirilməsi məqsədilə təşkil olunub.
 
Çox sayda kişilər və qadınlar dini geyimlər və atributlarla toplanaraq, hazırki vəziyyətlə bağlı söhbət ediblər.
 
Məscid üzvlərindən biri və tədbirin təşkilatçısı İlyas Əli deyib: Ətrafımızdakı dünyada böyük dəliliklər baş verir, hadisə ardınca hadisə törədilir və bəzən bu hadisələrin bizim sərhədlərimiz kənarında baş verməsinə baxmayaraq, bizim şəhərə böyük təsir qoyur.
 
Məscidin rəhbəri Şubeyr Əli isə bildirib: Terrorçular Quranı öz bildikləri kimi təfsir edərək, ondan öz siyası və digər məqsədləri üçün sui-istifadə edirlər./
 

Google+ WhatsApp ok.ru