Bəşər Əsədin anası öldü

Suriyanın paytaxtı Dəməşq şəhərində ölkə prezidentinin anası Anisə Məxluf  86 yaşında vəfat edib.
 
Maide.az xəbər verir ki, ölkənin keçmiş birinci xanımı Anisə Məxlufun ölüm xəbəri prezidentin dəftərxanası tərəfindən təsdiqlənib.
 
O uzun sürən xəstəlikdən sonra şənbə günü dünyasını dəyişib. 
 
Anisə Məxlufun beş övladı olub ki, Bəşər Əsəd onlardan üçüncüdür.  /
 
 

Google+ WhatsApp ok.ru