Amerikada Quran ayələrinin xətt nümunələri sərgisi təşkil olunub

ABŞ-ın Kaliforniya ştatında yerləşən və əhali sayına görə ştatda dördüncü ən böyük şəhər olan San Fransiskoda Quran incəsənəti sərgisi təşkil olunub. 
Maide.az xəbər verir ki, San Fransisko mərkəzi kitabxanasında təşkil olunan “Ərəb dili, Quran dili” adlı sərgidə Quran ayələrinin  xətt nümunələri və islami incəsənət nümunələri sərgilənir. 
Sərgidə San Fransisko, Şimali Amerika və Qərbi Asiyadan olan sənətkarların 50-dən çox əsəri nümuayiş olunur.  İncəsənət nümunələri əsasən rəsm əsərləri,  seramika , şüşə və parça üzərində işlənmiş əl işləri, foto və dicital vasitələrlə işlənmiş incəsənət nümunələridir.
Sərgi mart ayının 20-ə kimi davam edəcək. 
Qeyd edək ki, San Fransisko Mərkəzi Kitabxanasında fevral ayının sonlarında İslami xəttatlıq sərgisidə təşkil olunacaq. /
 

Google+ WhatsApp ok.ru