Bəhreyn rejimi Əl-Vefaq Cəmiyyətinin ofislərini ölkədə bağlayır

Bəhreyn rejimi Əl-Vefaq Cəmiyyətinin ofislərini ölkədə bağlayır

Bəhreyn Ədliyyə nazirinin istəyi ilə bu ölkənin İnzibati Məhkəməsi  Əl-Vefaq  Cəmiyyətinin ləğvi ,fəaliyyətinin qadağan olunması və ölkə üzrə ofislərinin bağlanmasına qərar qəbul edib. 
Maide.Az xəbər verir ki, Bəhreyn İnzibati Məhkəməsi bu gün Əl-Vefaq Cəmiyyətinin ləğv,  fəaliyyətinin qadağan olunmasına və ofislərinin  bağlanmasına dair qərar çıxardıb.  
Əl-Vefaq Cəmiyyətinin ləğvi ilə bağlı qərar Ədliyyə nazirinin müraciətindən 2 saat sonra baxılıb və qərar çıxardılıb. 
Bəhreynin Əl-Vefaq Cəmiyyəti Bəhreynin ən böyük müxalifətçi Şiə cəmiyyətidir.   Əl-Vefaq Cəmiyyəti 2002-ci ildən etibarən xalq kütləsinin istəyi və maddi dəstəyi ilə yaradılmış və elə həmin zamandan da rəsmi fəaliyyətinə başlamışdır. Bəhreyn rejimi  Əl-Vefaq cəmiyyətinin baş katibi Şeyx Əli Salmanı həbs edib. O, əvvəl 4 il müddətinə azadlıqdan məhrum edilsədə sonradan onun həbs müddəti  daha 5 il uzaldılılıb. 

Google+ WhatsApp ok.ru