Müqəddəs Ramazan ayında sionist İsral şirkəti Fələstinliləri suyunu kəsdi

Müqəddəs Ramazan ayında sionist İsral şirkəti Fələstinliləri suyunu kəsdi

İşğalçı sionist İsrail rejiminin şirkəti fələstinlilərin suyunu kəsib. 
 
Maide.Az xəbər verir ki, Müqəddəs Ramazan ayının əvvəlindən İordan çayının Qərb sahilinin şimalında geniş ərazidə yaşayan Fələstinlilərin suyu kəsilib. Fələstinlilərə gələn suyu sionist İsrailin "Mekorot" şirkət bağlayıb. 
 
İndi məzlum fələstinlilərin bir neçə kəndi, yaşayış məntəqəsi "su blokadası"nda yaşayaraq, Ramazan ayını susuz keçirtməyə məcburdular. 
 
"İsrail rejimi heç bir xəbərdarlıq etmədən su borularından gələn suyu bağlayıb. Bununla yanaşı, hal-hazırda Fələstində qızmar istilər başlayıb və əhali susuzluqdan əziyyət çəkir.", - deyə Jenin Racab şəhərinin meri deyib. 
 
Onun sözlərinə görə, bu ərazilərdə suyun kəsilməsi, fələstinlilərin tərəfindən adi hala çevrilib. Lakin bu dəfə vəhşi İsrail şirkəti suyu xəbərdarlıq etmədən kəsdiyindən insanlar ehtiyat suyu belə yığa bilməyiblər. /

Google+ WhatsApp ok.ru