Bəhreyn rejimi Fitr bayramı günü şiələrə qarşı təhlükəsizlik tədbirlərini gücləndirib

Bəhreyn rejimi Fitr bayramı günü şiələrə qarşı təhlükəsizlik tədbirlərini gücləndirib

Ali Xəlifə  rejimi  Bəhreyndə Deraz  qəsəbəsində  Şeyx İsa Qasimin  evinin qarşısında oturaq aksiya keçirənlərə qarşı təhlükəsizlik tədbirlərini  gücləndirib.
 
Maide.Az xəbər verir ki,  Bəhreynin şimal-qərbində Deraz qəsəbəsi Ali Xəlifə rejim qüvvələri tərəfində mühasirəyə alınıb.  15 gündən  çoxdur ki,  Bəhreynin  tanınmış  alimlərindən Şeyx İsa Qasimin vətəndaşlığının ləğvindən sonra  ölkə vətəndaşları rejimin bu qərarına etiraz olaraq  Şeyx İsanın evinin qarşısında etiraz aksiyası  başladıblar. 
 
Bu gündən etibarən Bəhreyn  rejimi Deraz qəsəbəsinə giriş-çıxışı  bağlayıb, bu qəsəbəyə insanların girişinə yalnız xüsusi buraxılışla  icazə verir.  İnsanları məcbur olunur ki,  qəsəbədə gedəcəkləri və görüşəcəkləri şəxslər barəsində yazılı izahat versinlər.
 
Ali  Xəlifə  rejimi iyun ayının 20də  Şeyx İsa Qasimin vətəndaşlığını ləğv edib.  
 

Google+ WhatsApp ok.ru