Bəhreyn rejimi Ayətullah İsa Qasımın evinin və yaşadığı Əd-Diraz rayonunun elektrik enerjisini kəsdi

Bəhreyn rejimi Ayətullah İsa Qasımın evinin və yaşadığı Əd-Diraz rayonunun elektrik enerjisini kəsdi

Bəhreyn rejimi dinc nümayişlərə daha çox təzyiq tətbiq etmək üçün bu gün ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımın evinin yerləşdiyi Əd-Diraz rayonunun elektrik enerjisini kəsib.

Tasnim-ə istinadən xəbər verilir ki, Bəhreyn rejimi təkcə Ayətullah İsa Qasımın evinin işığını kəsməklə də kifayətlənməyib, onun evinin ətrafındakı evlərin və Əd-Dirazda yerləşən Fəda meydanının da elektrik enerjisini kəsib.

Bəhreyn xalqı Ali-Xəlifə rejiminin bu hərəkətinə reaksiya verərək, bölgədəki Fəda meydanında toplaşıblar. Nümayişçilər edilən bu qeyri-etik hərəkətin Ali Xəlifə rejiminin mürtəce siyasətlərinin davamı olduğunu qeyd ediblər. (deyerler.org) /

Google+ WhatsApp ok.ru