Bəhreynlilər Ayətullah İsa Qasımın evinin qarşısında oturaq aksiyalarını davam etdirir

Bəhreynlilər Ayətullah İsa Qasımın evinin qarşısında oturaq aksiyalarını davam etdirir

 
Bəhreyn xalqı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımın evinin qarşısında oturaq aksiyalarını hələ də davam etdirir.
 
Parstoday-a istinadən xəbər verilir ki, Ali Xəlifə rejiminin cümə namazı qılınmasına maneə törətməsinə baxmayaraq, Bəhreyn xalqı Ayətullah İsa Qasımın evinin qarşısında namaz üçün toplaşıblar.
 
Namazdan sonra müsəlmanlar Ali Xəlifə rejiminin əleyhinə şüarlar səsləndirərək, Şeyx İsa Qasımın noyabr ayında mühakimə olunmasının dayandırılmasını tələb ediblər.
 
Digər tərəfdən, Bəhreynin Ali Məhkəməsi ölkənin ən böyük müxalifət təşkilatı olan Əl-Vifaq cəmiyyətinin bağlanması ilə bağlı alt instansiyaların qərarını təsdiq edib. (deyerler.org) /

Google+ WhatsApp ok.ru