Bəhreyn rejim qüvvələri hüseynçilərə hücum edib

Bəhreyn rejim qüvvələri hüseynçilərə hücum edib

Bəhreynin Ali Xəlifə rejiminin hərbçiləri İmam Hüseyn (ə) əzadarlarına hücum edib
 
Maide.Az xəbər verir ki, Ali Xəlifə rejimi qüvvələri bu gün (bazar günü) Məhərrəm ayının başlanğıncında əzadarlıq münasibəti ilə hazırlanan plakatlar, bayraqlar və qara parçaları küçələrdən toplayıblar.
 
Ali Xəlifə rejim qüvvələri “Əl-Şaxurə” və “Əbu Səbie” qəsəbələrində əzadarlıq bayraqlarını aşağı endirməyə çalışarkən gənclər və Ali Xəlifə rejim qüüvələri arasında qarşıdurma baş verib. 
 
Ali Xəlifə rejim qüvvələri Əhli-Beyt (ə) tərəfdarlarına qarşı gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bəhreynli gənclərdən yaralananlar olub. 
 
Ali Xəlifə rejim qüvvələri hər il Məhərrəm ayında Əhli-Beyt (ə) tərəfdarlarına qarşı təzyiqləri artırır və əzadarlıq simvollarını küçələrdən yığışdırır. /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru