Bəhreynlilər Şeyx İsa Qasimin məhkəməsi öncəsi etiraz aksiyası keçirib

Bəhreynlilər Şeyx İsa Qasimin məhkəməsi öncəsi etiraz aksiyası keçirib

Bəhreyn rejimi bu gün yenidən Ayətullah Şeyx İsa Qasimin məhkəməsini keçirəcək.  
 
Maide.Az "əl-Mənar" xəbər kanalına istinadən xəbər verir ki, Ali Xəlifə rejimi Şeyx İsa Qasimi “terrorizmə yardım və çirkli pulların yuyulması ittihamı” ilə məhkəmə qarşısına çıxartmaq istəyir.  
 
Ötən gecə yüzlərlə bəhreynli qanunsuz məhkəməni baykot edib və elan edib ki, Şeyx İsa Qasim bu məhkəmədə iştirak etməyəcək. 
 
Bəhreyn Daxili İşlər Nazirliiyi bir müddət öncə ölkənin aparıcı ruhanilərindən Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığını ləğv edib. 
 
Qeyd edək ki, Bəhreyndə xalq şiə lider Ayətullah Şeyx Qasimin vətəndaşlığının ləğv edilməsinə etiraz əlaməti olaraq onun evinin qarşısında oturaq etiraz aksiyası keçirirlər. Artıq 150 gündən çoxdur ki, etirazçılar Ayətullah Şeyx İsa Qasimin evinin önünə gəlib və növbə tutmağa başlayıb. Onların oturaq aksiyaları bu günə kimi də davam edir.

Ali Xəlifə rejimi indiyədək Ayətullah İsa Qasimin məhkəməsini bir neçə dəfə təxirə salıb. /

Google+ WhatsApp ok.ru