Pakistan-Hindistan sərhədində növbəti atışma

Pakistan-Hindistan sərhədində növbəti atışma

Pakistan-Hindistan sərhədində növbəti atışma baş verib.
 
Maide.Az xəbər verir ki, Pakistan-Hindistan sərhədindəki Kəşmir nəzarət xəttində baş verən atışma nəticəsində altı Hindistan əsgəri və dörd mülki vətəndaş həlak olub, təxminən 10 nəfər isə yaralanıb.
 
Pakistan ordusunun yaydığı məlumata görə, hadisəyə səbəb Hindistan əsgərlərinin onlara atəş açması olub, Pakistan tərəfi cavab verməyə məcbur qalaraq qarşılıq verib. Sentyabrın 29-da sərhəddə baş verən insidentdən sonra demək olar ki, hər gün bu ərazidə atəş səsləri eşidilir, hər iki tərəfdən hərbçilər və mülki vətəndaşlar həlak olur. /

Google+ WhatsApp ok.ru