Bəhreyn alimləri Ali Xəlifənin İsrail rejimi ilə münasibətləri yaxşılaşdırmasına etiraz etdi

Bəhreyn alimləri Ali Xəlifənin İsrail rejimi ilə münasibətləri yaxşılaşdırmasına etiraz etdi

Bəhreynin din alimləri Ali Xəlifə rəhbərliyinin sionist İsrail rejimi ilə münasibətləri normallaşdırmasına etiraz edib.
 
Bəhreynin din alimləri etiraz edәrәk bu məsələ ilə bağlı birgə bəyanat verib. Bəyanatda Ali Xəlifə rejiminin sionist İsrail rejimi ilə münasibətləri normallaşdırması qızışdırıcı bir təşəbbüs sayılıb və İslam və Ərəb ümmətinin dəyərlərinə xəyanət kimi qiymətləndirilib.
 
Bəyanatda, həmçinin şüurlu xalqların tağut rejimlərin hiylə və azğın açıqlamalarına aldanmayacağı vurğulanıb. Bəhreynli din alimləri tağut rejimlərin xalqın tələblərinə əməl etmədikləri, ancaq öz şəxsi maraqları istiqamətində hakimiyyətlərini qorumağın arxasınca getdiklәrini bildiriblər.
 
Bəhreynli din alimləri sionist İsrail rejiminin Bəhreyndə ayaq açmalarına qətiyyən icazə verməyəcəklərini açıqlayıblar. (deyerler.org)
 

Google+ WhatsApp ok.ru