BƏƏ Əfqanıstanda 5 diplomatının öldürüldüyünü təsdiqlədi

BƏƏ Əfqanıstanda 5 diplomatının öldürüldüyünü təsdiqlədi

Əfqanıstanın Qəndəhar əyalətində baş verən partlayış nəticəsində BƏƏ-nin bu ölkədəki 5 diplomatı öldürülüb. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, Əfqanıstanın Qəndəhar əyalətində baş verən partlayış nəticəsində BƏƏ-nin bu ölkədəki səfiri Məhəmməd Abdulla Kəbi yaralanıb və digər 5 diplomat öldürülüb.  
 
Bu münasibətlə BƏƏ 3 gün matəm elan edib. Bu ölkənin diplomatik korpuslarında bayraqlar endiriləcək. 
 
Qeyd edək ki, Əfqanıstanın Qəndəhar əyalətində ötən gün törədilən terror aktı əyalətin qubernatoru Hamayun Əzizinin qonaq evində BƏƏ səfiri ilə görüş zamanı baş verib. Nəticədə qubernatorun da yaralandığı bildirilir.
 
Ümumilikdə partlayış nəticəsində 7 nəfər ölüb, 18 nəfər yaralanıb. 
 
Partlayışı Taliban qruplaşmasının törətdiyi bildirilir. 
 
 

Google+ WhatsApp ok.ru