İran və Səudiyyə Ərəbistanın müzakirə edəcəyi vaxt açıqlandı

İran və Səudiyyə Ərəbistanın müzakirə edəcəyi vaxt açıqlandı

İran həcc mərasimi ilə bağlı Səudiyyə Ərəbistanla müzakirələri fevral ayının sonunda aparacaq. Bunu Ali Rəhbər Ayətullah Xameneinin Həcc Mərasimindəki nümayəndəsi höccətül-islam Seyyid Qazi Əskəri deyib. 
 
Maide.Az xəbər verir ki, Q.Əskəri deyib ki, İranın nümayəndə heyəti bu məqsədlə fevral ayının 23-də Səudiyyə Ərəbistana səfər edəcək. “Səfərin tarixi Səudiyyə tərəfiindən elan olunub və biz də həmin tarixdə ora səfər edəcəyik. Ümid edirik bu görüşdə onlarla müəyyən razılığa gələcəyik”.
 
Qeyd edək ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyi elan etmişdi ki, İranın Həcc və Ziyarət Təşkilatının nümayəndə heyətini gələn ilin həcc mərasiminin təşkilatçılığı və necə keçirilməsi ilə bağlı danışıqlar aparmaq məqsədilə Səudiyyəyə dəvət edib. 
 
Xatırladaq ki, 2015-ci ildə Minada baş verən faciə zamanı çox sayda iranlılın şəhid olmasının ardınca İranın Həcc və Ziyarət Təşkilatı 2016-cı ildə həcc mövsümündə iranlı hacıların təhlükəsizliyi və sağlamlığı ilə bağlı rəsmi Riyaddan zəmanət tələb etdi ki, bu tələb Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən qəbul olunmadı. Bunun ardınca İran 2016-cı ildə Həcc ziyarətinə zəvvar göndərmədi. Lakin buna baxmayaraq bir neçə ay öncə İranın Həcc və Ziyarət təşkilatının rəsmisi bildirmişdi ki, 2017-ci ildə Həcc mövsümündə iranlı zəvvarların həccə göndərilməsi ilə bağlı Səudiyyə Ərəbistanı ilə danışıqlar aparmağa hazırıq və çalışmalarımız davam edir. (farsnews)
 

 

Google+ WhatsApp ok.ru