Bəhreyndə Ali Məhkəmə Əl-Vifaq cəmiyyətinin bağlanması barədə qərar verdi

Bəhreyndə Ali Məhkəmə Əl-Vifaq cəmiyyətinin bağlanması barədə qərar verdi

Bəhreyndə Ali Məhkəmə ölkənin ən böyük müxalifət partiyası olan "Əl-Vifaq" cəmiyyətinin bağlanması istiqamətində əvvəlki məhkəmə instansiyalarında verilən qərarı təsdiq edib.
 
Bəhreyndə bağlanılan və mülkləri müsadirə olunan "Əl-Vifaq" cəmiyyəti qərara etiraz edərək, apellyasiya məhkəməsinə müraciət etmişdi.
 
Ancaq ölkənin Ali Məhkəməsi "Əl-Vifaq" cəmiyyətinin əleyhinə qərar çıxarıb. Qərarda "Əl-Vifaq" cəmiyyəti barədə "zorakılığa təşviq etmək, nümayiş keçirmək və terroru dəstəkləmək" kimi qondarma ittihamlar qeyd olunub.
 
"Əl-Vifaq" Cəmiyyətinin baş katibi Şeyx Əli Səlman 2014-cü ildən etibarən həbsdə saxlanılır. (deyerler) /

Google+ WhatsApp ok.ru