Bəhreyn rejimi  2016-cı ildə  1300 fəallı həbs edib

Bəhreyn rejimi 2016-cı ildə 1300 fəallı həbs edib

Bəhreyn rejimi xalqa zülm etməkdə davam edir. Beləki, 2016-cı ildə rejim 1300 fəallı həbs edilib. 
 
Maide.Az xəbər verir ki, Bəhreyn İnsan Hüquqları üzrə Mərkəzi (BCHR) hesabat yayaraq Bəhreyndə insan hüquqlarının pozulmasını pisləyərək 2016-cı ildə Ali Xəlifə rejiminə qarşı etiraz aksiyalarında iştirak edən və müxalifət fəallardan 1300 nəfərin həbs olunduğunu bildirib. 
 
Bəhreyn İnsan Hüquqları üzrə Mərkəzin cümə axşamı yayımladığı hesabatda bildirir ki, Ali Xəlifə rejimi tərəfindən həbs olunanlardan 187 nəfəri azyaşlı uşaqlardır. 
 
Hesabatda həmçinin bildirilir ki, 2016-cı ildə Bəhreyn Məhkəməsi 91 nəfər barəsində ömürlük həbs, 4 nəfəri edam, və 204 nəfərin isə vətəndaşlığının ləğvinə dair qərar çıxarıb. 
 
Ötən il ərzində Bəhreyn xalqı rejim əleyhinə 1523 etiraz aksiyası təşkil edib. 
 
Qeyd edək ki, Bəhreyn İnsan Hüquqları üzrə Mərkəzi bu hesabatı 14 Fevral 2011-ci ildə anti-rejim etirazlarının altıncı ildönümü münasibətilə hazırlayıb. 
 
Xatırladaq ki, Bəhreynin Ali Xəlifə rejiminə müxalif qüvvələr bəyanat yayaraq xalqı anti-rejim etirazlarının altıncı ildönümündə keçiriləcək mitinqlərdə yüksək fəallıqla iştirak etməyə çağırıb. 
 
 

Google+ WhatsApp ok.ru