H.Ruhani: Amerikanın naşı rəsmiləri İran xalqı ilə hörmətlə danışmağı öyrənsin

H.Ruhani: Amerikanın naşı rəsmiləri İran xalqı ilə hörmətlə danışmağı öyrənsin

"Amerikada bəzi naşı şəxslər iş başına gəlib, onların hamısı bilməlidir ki, İran xalqının qarşısında yalnız hörmətlə danışa bilər, İran xalqı hədələrə qətiyyətli cavab verir".
 
Bunu İran prezidenti Həsən Ruhani bu gün İslam İnqilabının 38-ci ildönümü münasibətilə Tehranın Azadlıq meydanına toplaşan yürüş iştirakçıları qarşısında çıxışında deyib. 
 
Maide.Az xəbər verir ki, H.Ruhani deyib ki, İslam İnqilabı İran tarixində önəmli dönüş nöqtəsidir: “İslam İnqilabı İranı əcnəbilərə və Amerikaya bağlılıqdan qurtardı, xalqın taleyi öz əlinə keçdi”.
 
H. Ruhani ABŞ-ın İran xalqının hüquqlarını pozduğunu və mal varlıqlarını qəsb etdiyini vurğulayıb. O, ötən həftələr ərzində Amerika ilə bağlı Haaqa məhkəməsinə şikayət verdiklərini söyləyib. “İranın Amerika banklarında 1 milyard 700 milyon dollar vəsaiti saxlanılırdı və biz onu geri aldıq. İran xalqının hüquqlarını pozan Amerikaya qarşı beynəlxalq məhkəməyə qarşı şikayət etmişik və xalqın haqqını geri almayanadək bizim siyasətçilər, hüquqçular və diplomatlarımız sakit oturmayacaq”. 
 
H. Ruhani çıxışında İranın əldə etdiyi uğurlardan danışaraq deyib ki, ötən il İranın qeyri-neft ixracatı 900 milyon dollar artıb: “Bu il də qeyri-neft ixracatında artım gözlənilir. Ötən 3 il müddətində İran büdcəsinin neftdən asılılığı hər il azaldılıb”. /

Google+ WhatsApp ok.ru