Bəhreyn xalqı etiraz etdi, Şeyx İsa Qasimin  məhkəməsi bir daha təxirə salındı - VİDEO

Bəhreyn xalqı etiraz etdi, Şeyx İsa Qasimin məhkəməsi bir daha təxirə salındı - VİDEO

Bəhreynin Ağır Cinayətlər Üzrə Cəza Məhkəməsi ötən gün  daha bir dəfə Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasimin məhkəməsini təxirə saldı.  
 
Maide.Az xəbər verir ki, Bəhreynin Ağır Cinayətlər Üzrə Cəza Məhkəməsinin 4-cü şöbəsi, bazar günü  keçirilən məhkəmədə ardıcıl olaraq ikinci dəfədir ki, Ayətullah Şeyx İsa Qasim barəsində qərar çıxarmağı təxirə salır. Məhkəmə may ayının 21-dək təxirə salınıb. 
 
Ötən günkü məhkəmədə Ayətullah Şeyx İsa Qasimin dəftərxana müdiri Şeyx Hüseyn Yusif əl-Məhrusun və bu dəftərxanın məsul üzvü Mirzar əd-Durazinin də barəsində qərar çıxarılacaqdır ki, onlarında məhkəməsi təxirə salınıb.
 
Bəhreyn KİV-lərinin məlumatına görə, Şeyx İsa Qasimin məhkəmə prosesi zamanı bütün ölkədə, o cümlədən məhkəmə keçirildiyi yerdə ciddi təhlükəsizlik tədbirləri görülmüşdür.
 
Məhkəmə öncəsi Bəhreyn xalqı  kəfən geyinərək ölkənin bütün bölgələrində öz ruhanilərinin müdafiəsinə qalxıb. 
 
Bəhreyn din alimlərinin çağırışı əsasında əhali Şeyx İsa Qasimə dəstək məqsədilə ölkə boyunca mitinqlər keçirib. 
 
Bəhreyn rejimi şiələrin rəhbəri Ayətullah İsa Qasimi  rejim əleyhinə iğtişaş yaratmaqda, qeyri-qanuni sərvət toplamaqda və xalqdan "xüms" yığmaqda günahlandırır.
 
Qeyd edək ki, Bəhreyn xalqı Ayətullah İsa Qasımın azadlığa buraxılması üçün hər gün genişmiqyaslı etiraz aksiyaları keçirir.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistan Ayətullah İsa Qasimin məhkəməsi ərəfəsində Bəhreynə hərbi texnika və qüvvə yollamışdı. (presstv) 

Google+ WhatsApp ok.ru