Çində şaxtada partlayış: 18 ölü

Çində şaxtada partlayış: 18 ölü

Çində kömür şaxtasında qaz sızması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
 
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə. bu haqda Sinxua agentliyi xəbər verir.
 
Hadisə mayın 7-si Xunan əyalətində Xuanfençao şəhər dairəsində baş verib. Hadisə zamanı şaxtada 55 şaxtaçı olub. 
 
Xilasedicilər 37 nəfəri dağıntılar altından azad edib. Qeyd olunur ki, indiyədək 18 nəfərin həlak olduğu təsdiqlənib.
 
Hüquq-mühafizə orqanları insidentin araşdırılmasını həyata keçirir.
 

Google+ WhatsApp ok.ru