Bəşəriyyətin xilaskarı, on ikinci imamın mövlud günü münasibəti ilə Azərbaycanda bayram şənlikləri keçirilib

Bəşəriyyətin xilaskarı, on ikinci imamın mövlud günü münasibəti ilə Azərbaycanda bayram şənlikləri keçirilib

May ayının 11-i və 12-də bəşəriyyətin xilaskarı, on ikinci imam, Peyğәmbәri-Әkrәmin (s) son canişini imam Mehdi (a.f) mövlud günü münasibəti ilə Azərbaycanın paytaxtı Bakı ilə yanaşı, ölkənin digər rayon və şəhərlərində də təntənəli bayram şənlikləri keçirilib. 
 
Maide.Az xəbər verir ki, mərasimlər Quran tilavəti ilə başlayıb. Müqəddəs ayələrin tilavətindən sonra məclisdə iştirak edən məddahlar İmam Zaman (a.f) şəninə gözəl şeirlər söyləyib, İmam Zaman (a.f) və Əhli-Beyt (ə) həyatına dair bilgilərlə geniş nitqilə çıxışlar olunub. 
 
Sonra İmam Zamana (a.f) həsr edilmiş biri-birindən gözəl şeirlər və surudlarlarla məclis davam edib. 
 
Qeyd edək ki, mərasimlər çərçivəsində İmam Mehdi (a.f) haqqında bilgi yarışmaları da keçirilib. İmamın həyatından, fəliyyətindən, şəriətdən verilən sualları düzgün cavablandıran möminlərə qiymətli hədiyyələr təqdim edilib. /
 

Google+ WhatsApp ok.ru