Bəhreyn məhkəməsindən siyasi fəallara qarşı ağır cəzalar verilib

Bəhreyn məhkəməsindən siyasi fəallara qarşı ağır cəzalar verilib

Bəhreyndə Ali Xəlifə rejiminin məhkəmələri müxtəlif bəhanələrlə 17 vətəndaşı həbs edib və ömürlük cəza ilə cəzalandırıb.
 
Beynəlxalq Amnistiya təşkilatı Bəhreyndə verilən məhkəmə qərarları ilə bağlı bir müddət əvvəl verdiyi bəyanatında, işgəncə və kobud rəftar nəticəsində alınan izahatlara əsaslanaraq, bəzi siyasi fəallar barədə edam qərarların verildiyini açıqlayıb.
 
Bahrain Mirror-un bildirdiyinə görə, Bəhreyn məhkəməsi bu şəxslərin terror dəstələri yaratmaq və cinayət törətdiklərini iddia edir.
 
Bəhreyn prokuroru İsa Ər-Ravii açıqlama verərək, 5 nəfərin ömürlük, 3 nəfərin 10, beş nəfərin 3, 3 nəfərin isə 2 il həbs cəsazına məhkum edildiyini, 9 nəfərin də vətəndaşlıqdan çıxarıldığını bildirib. (deyerler) /

Google+ WhatsApp ok.ru