Bəhreyndə gecə `qəzəb nümayişləri` keçirildi

Bəhreyndə gecə `qəzəb nümayişləri` keçirildi

Ərəb mediası iyunun 8-i gecə Bəhreynin hər yerində qəzəb nümayişlərinin xalq tərəfindən keçiriləcəyini bildirib.
 
Bəhreyn xalqı iyunun 8-də xeyli sayda bəyanat yayaraq, ölkə daxilində təşkil olunacaq qəzəb nümayişlərində iştirak edəcəklərini qeyd ediblər. Ərəb mediasında gedən xəbərlərə görə, bu bəyanatlar hələ də sosial şəbəkədə yayılır.
 
Ayətullah İsa Qasimin yaşadığı Əd-Diraz bölgəsinin əhalisi də yaydığı bir məlumatda, gecə "Əd-Diraz şəhidləri"nin anım mərasimindən sonra böyük bir mitinq keçirəcəklərini bildirib.
 
Bəhreyndəki İslam alimləri və siyasi qruplar da cümə gecəsini "Qəzəb günü" elan edərək, bütün Bəhreyn xalqını təşkil olunacaq qəzəb aksiyalarına qoşulmağa çağırıb. Bəyanatda Ayətullah İsa Qasimin evinin mühasirəsinin davam etdirilməsi və Bəhreyn gənclərinin həbs olunmasına etiraz etmək üçün küçəyə çıxmaları tələb olunub.
 
Ayətullah İsa Qasimin evinin mühasirəyə salınmasına sərt bir şəkildə reaksiya göstərən Bəhreynin 14 Fevral hərəkatı bir bəyanat yayıb: "Əd-Diraz bölgəsindən qaçırılanlara sadiqliyimizi göstərmək və Ali Xəlifə rejiminin edam hökmlərinə etirazlarımızı bildirmək üçün qəzəb aksiyalarında iştirak edəcəyik". (deyerler) /
  

Google+ WhatsApp ok.ru