Bəhreyndə məhbuslar aclıq elan edib

Bəhreyndə məhbuslar aclıq elan edib

Bəhreynin mərkəzi “Jau” həbsxanasında məhbuslar  həbsxana rəhbərliyinin zorakılıqları və pis davaranışlarına etiraz olaraq aclıq aksiaysına başlayıb. 
 
Maide.Az xəbər verir ki, “Salam” insan hüquqları təşkilatının rəis müavini Seyid Yusif əl-Muhafiza deyib ki, “Jau” mərkəzi həbsxana rəhbərliyi məhbuslarla pis davranır.
 
“Məhbuslara ailələri ilə görüşə icazə verilmir, Bəhreyn qanunları və beynəlxalq qanunlar məhbuslar üçün hüquqlara hörmətlə yanaşmağa çağırsa da, bu həbsxanada məhbusların hüquq və azadlıqları pozulur, BMT-nin məhbuslarla davranış qaydalarına əməl olunmur”.
 
Y. əl-Muhafiza deyib ki, məhbuslar həbsxanalarda həddən artıq doldurulması və sıxlıqdan şikayətlənir. “Bu həbsxanada 4 mindən çox siyasi məhbus saxlanılır. Onlara qarşı təhqiredici və pis davranış sərgilənir. Onlar ən sadə hüquqlarından belə  məhrum edilib”. /

Google+ WhatsApp ok.ru