Bəhreyn İnsan Hüquqları Mərkəzi: Ali Xəlifə rejimi təzyiq siyasətindən əl çəksin

Bəhreyn İnsan Hüquqları Mərkəzi: Ali Xəlifə rejimi təzyiq siyasətindən əl çəksin

Bəhreyn İnsan Hüquqları Mərkəzi Ali Xəlifə rejiminin zorakılıq, təzyiq və məhvetmə cəhdlərinin davam etməsini tənqid edib.
 
Bəhreyn İnsan Hüquqları Mərkəzi Twitter hesabında Ali Xəlifə rejiminin nümayişcilərə qarşı tezyiqlərinin artdığını vurğulayıb və bildirib ki, söz azadlığı cəmiyyətin bütün təbəqələrinin təbii haqqıdır ve hər bir vətəndaş özünü müdafiə etmə haqqına malikdir. "Ali Xəlifə rejimi zorakılıq, təzyiq və məhvetmə cəhdlərinin davam etməsindən əl çəkməlidir."
 
Bəhreyn İnsan Hüquqları Mərkəzi Ali-Xəlifə rejimindən tələb edib ki, insanların söz azadlığı haqqını tanısın, öz hüquqlarını əldə etmək üçün sakit etiraz aksiyaları keçirənlərə qarşı zorakılıq göstərməsin və siyasi məhbusları tez bir zamanda azadlığa buraxsın. (iqna)
 
 

Google+ WhatsApp ok.ru