Bəhreyn xalqı `əl-Əqsa` məscidi və Əvamiyyə şiələrinə dəstək mitinqi keçirib – FOTO

Bəhreyn xalqı `əl-Əqsa` məscidi və Əvamiyyə şiələrinə dəstək mitinqi keçirib – FOTO

Ötən gün Bəhreynin müxtəlif bölgələrində Səudiyyə Ərəbistanının Əvamiyyə şiələrinə, "əl-Əqsa" məscidinə və Ayətullah Şeyx İsa Qasimə dəstək məqsədilə mitinqləri keçirilib. 
 
Maide.Az xəbər verir ki,dinc aksiyalar ötən gün səhər və günün ikinci yarısında Bəhreynin əl-Musalla, Sar və digər bölgələrində keçirilib.  
 
Bəhreynlilər əllərində Ayətullah İsa Qasimin, "əl-Əqsa" məscidinin və Əvamiyyə şəhidlərinin şəkillərini daşıyıb. Etirazçılar "əl-Əqsa" məscidində sionist İsrail rejiminin cinayətlərini, eləcədə Səudiyyə Ərəbistanı rejiminin Əvamiyyə bölgəsində şiələrə qarşı cinayətlərini pisləyib.  
 
Aksiya iştirakçıları həmçinin Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasimə öz dəstəklərini nümayiş etidirib.
 
Etirazçılar Ali-Xəlifə rejim həbsxanalarında olan məhbus qadın və kişilərlə də həmrəylik nümayiş etdirib onların sərbəst buraxılmasını tələb edib. /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru