Bəhreyn rejimi 2011-ci ildən etibarən 14000 nəfəri həbs edib

Bəhreyn rejimi 2011-ci ildən etibarən 14000 nəfəri həbs edib

Seçkilərinin nəticələrini tanımayan xalq küçələrə çıxaraq, Ali-Xəlifə rejiminə etiraz edir

Bəhreyn Dialoqu Mərkəzinin sədri Şeyx Meysəm Salman bəyanat verərək, Bəhreyn rejiminin 2011-ci ildən etibarən 14000-dən artıq Bəhreyn vətəndaşını həbs etdiyini söyləyib.
 
Maide.az Deyerler.org-a istinadən xəbər verir ki, Şeyx Meysəm Salman Al-Xəlifə rejiminin təhlükəsizlik orqanlarının Bəhreyn xalqını həbs etməyə davam etdiyini deyib.
 
Bəhreyn İnsan Haqları və Demokratiya Mərkəzi də noyabrın 21-i verdiyi bəyanatında, Ali Xəlifə rejiminin son 6 il ərzində 728 bəhreynli vətəndaşlıqdan çıxardığını açıqlamışdı.
 
Bəhreynli sabiq parlamentari Əli Əl-Əsvəd də Twitter verdiyi açıqlamasında, ölkəsinin “insan haqları qurbanı” olduğunu yazıb.
 
Bu arada, Bəhreyndə 24 noyabrda keçirilən parlament seçkilərinin nəticələrini tanımayan xalq küçələrə çıxaraq, Ali-Xəlifə rejiminə etiraz edir

Google+ WhatsApp ok.ru