Bəhreyndə həbsxanada Əhli-Beyt (ə) aliminin səhhəti pisləşdi

Bəhreyndə həbsxanada Əhli-Beyt (ə) aliminin səhhəti pisləşdi

Bəhreyndə insan haqları müdafiəçilərinin həbsxanada hüquqlarının pozulduğunu qeyd edən bir qrup siyasi fəal, Əl-Xəlifə rejiminin tibbi xidmətlərdən istifadəsinə icazə vermədiyi üçün Əhli-Beyt (ə) alimi Şeyx Mirzə Əl-Mahrusun səhhətinin pisləşdiyini bildiriblər.  

 
Maide.Az deyerler.org -a istinadən xəbər verir ki, bəhreynli fəallar mayın 5-i bəyanat verərək, beynəlxalq təşkilatlardan Şeyx Mirzə Əl-Mahrusun müalicə olunmasına icazə verməsi üçün Bəhreyn rejiminə təzyiq etmələrini istəyiblər.
 
  Əl-Mahrusun ailəsi də, onun qalın bağırsağındakı ağrılarına görə, əməliyyat keçirilməli olduğunu qeyd edərək, ölkə rəsmilərinin Əl-Mahrusun müalicəsinə imkan yaratmalı olduğunu bildiriblər.  
 
Şeyx Əl-Mahrus 2011-ci ildə insan haqları fəaliyyətini həyata keçirdiyinə və Ali Xəlifə rejimini tənqid etdiyinə görə, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, 15 il müddətinə həbs cəzasına məhkum edilib.

Google+ WhatsApp ok.ru