Bəşər Əsədin müşaviri: ABŞ Suriya neftini oğurlayır

Bəşər Əsədin müşaviri: ABŞ Suriya neftini oğurlayır

Suriya Prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şaban ABŞ-ın Suriyadakı mövcud hərbi varlığını qınayıb.  

 
O, açıqlamasında bildirib ki, ABŞ-ı Suriya neftini oğurlayaraq qara bazarda satır və beynəlxal hüququ pozur.  
 
"Onlar cinayət törədirlər. ABŞ quldur kimi davranır və beynəlxalq cinayət törədir. Bunun qarşısını almaq üçün beynəlxalq qurumlar heç bir tədbir görmürlər", - deyə Buseyna Şaban diqqətə çatdırıb.  
 
Buseyna Şaban Suriyanın suverenliyini pozan dövlətlərə görə beynəlxalq məhkəmələrə müraciət edəcəklərini də sözlərinə əlavə edib. /eastnews/
 

Google+ WhatsApp ok.ru