Bağdadda baş verən partlayışlarda 20 nəfər ölüb

İraqın paytaxtı Bağdadda baş verən üç partlayış nəticəsində 20 nəfər ölüb.
 
Partlayışlardan ən güclüsü şəhərin qərb hissəsində, ticarət məhəlləsində törədilib. Burada 10 nəfər ölüb, 20-dək avtomobil yanaraq külə dönüb.
 
Daha 7 nəfər ev alıq-satqısı agentliyinin yanında baş verən partlayışda, 3 nəfər isə minalanmış avtomobilin partladılması nəticəsində ölüb.
 
Onlarla dinc sakinin yaralandığı bildirilir. Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Google+ WhatsApp ok.ru