Qəzza əhalisinin aksiyasında müqavimətin davamı vurğulanıb

Maide.az-xəbər verir ki, Fələstinin "Vəfa" xəbər agentliyinin məlumatına görə, dünən Fələstin Azadlıq Cəbhəsinin yaradılmasının ildönümü günü münasibətilə keçirilən aksiyada iştirak edənlər əllərində fələstinli əsir və şəhidlərin şəkillərini daşıyıblar. Onlar bir daha Fələstin xalqının amalının reallaşmasınadək müqavimətin davam edəcəyini vurğulayıblar.
 
Fələstin Azadlıq Cəbhəsinin Siyasi Bürosunun üzvü Ədnan Qərib bu aksiyadakı çıxışında fələstinli didərginlərin öz vətənlərinə geri dönmələri, taleyin təyini və Qüds paytaxt olmaqla müstəqil Fələstin ölkəsinin təşkilini Fələstin xalqının haqqı adlandırıb.

Google+ WhatsApp ok.ru