Bağdaddakı partlayışda 26 nəfər öldü

İraqın paytaxtı Bağdadda ötən gün törədilmiş partlayış nəticəsində azı 14 nəfər ölüb, daha 37 nəfər isə yaralanıb. Maide.az-ın məlumatına görə, terrorçuların bu dəfə də hədəfi paytaxtın Sədr Siti rayonundakı bazar olub. Onlar bazar yaxınlığındakı maşınları partladıblar.
 
Daha bir terror aktı bundan əvvəl  Bağdadın Ur rayonunda törədilib. Nəticədə 12 nəfər ölüb, 25 nəfər yaralanıb.  

Google+ WhatsApp ok.ru