Bağdadda qanlı terror

Maide.az-ın məlumatına görə, İraqın təhlükəsizlik mənbələri bildiriblər ki, cümə axşamı Bağdadda bomba quraşdırılmış bir avtomobilin partladılması nəticəsində 5 nəfər həlak olub. 
 
Bu məlumata görə, bir ədəd bomba quraşdırılmış avtomobil Bağdadın şimal-şərqində, Şəbə məntəqəsində partladılıb. Partlayış nəticəsində 7 nəfərin də yaralandığı bildirilir. 
 
Hələ ki, heç bir tərəf bu terror aktının məsuliyyətini üzərinə götürməyib. 
 
Amma, İŞİD terror qruplaşması son zamanlar İraqın müxtəlif məntəqələrində terror aktları törətməyə başlayıb.

Google+ WhatsApp ok.ru