Bəhreyndə Ali-Xəlifə rejiminə qarşı xalq etirazları davam edir

Bəhreyn xalqının siyasi məhbuslar xüsusilə də milli-islami Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın azad edilməsi üzrə aksiyaları davam edir.
 
Maide.az "əl-Aləm"ə istinadən xəbər verirki, Bəhreyn xalqı cümə axşamı Ali-Xəlifə rejiminin repressiyalarına xüsusilə də siyasi fəalları həbs etməsi və Şeyx Əli Salman barəsində 4 il həbs qərarının çıxarılmasına etiraz oalaraq, aksiyalar təşkil edərək, siyasi məhbusların azad edilməsi üçün dünya ictimaiyyətinin səy göstərməsini istəyir. 
 
BMT baş katibi Pan Gi Mun da Bəhreynin milli-islami Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salman barədə çıxarılan məhkəmə qərarını pisləyib və bu qərarın yenidən nəzərdən keçirilməsini istəyib. 
 
Bəhreyn xalqı bu etiraz aksiyasında Şeyx Əli Salman barədə çıxarılan məhkəmə qərarının siyasi qərar olduğunu vurğulayıb. 
 
Aksiya iştirakçılrı əllərində Şeyx Əli Salmanın fotoşəkilləri və Bəhreynin bayrağını daşıyaraq, həbsdə olan siyasi məhbuslara azadlıq tələb ediblər. 
 
Ali-Xəlifə rejiminin sifarişi ilə Bəhreyn məhkəməsi ötən çərşənbə axşamı Şeyx Əli Salmanı, xalqı hökumət əleyhinə çevrilişə təhrik və dövlət çevrilişinə cəhd etməkdə müqəssir hesab edərək, barəsində 4 il həbs qərarı çıxardıb. Bu məhkəmə qərarı ölkə daxilində və dünya səviyyəsində Ali-Xəlifə rejiminə qarşı ciddi etirazlara səbəb olub.

Google+ WhatsApp ok.ru