Bağdadda terror aktı nəticəsində 28 nəfər ölüb, 73 nəfər yaralanıb - YENİLƏNİB 21 Yanvar 2021 12:38 Hadisə Bağdad şəhərində törədilən terror aktı nəticəsində ölən və yaralananların sayı artıb. Terror aktı nəticəsində 28 nəfər ölüb, ən azı 73 nəfər yaralanıb. Qeyd edək ki, bu gün səhər İraqın paytaxtı Bağdad şəhərində terror aktı törədilib. İraq hökumətinə bağlı Bağdad Əməliyyatlar Komandanlığı tərəfindən yayılan yazılı açıqlamada Tayaran Meydanında intihar məqsədli partlayış törədildiyi bildirilib. *** Bağdadın mərkəzində intiharçı özünü partladıb. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, partlayış Bağdadın Tiran meydanında baş verdiyi qeyd olunub. Bəzi KİV-lər isə partlayışın Babuş-Şərqi bölgəsində bazarda baş verdiyini bildirir. Partlayış nəticəsində 8 nəfər ölüb, 15 nəfər yaralanıb. Ölən və yaralananların əksəriyyəti dinc sakinlərdir. Teqlər : #Bağdadda,#terror,#aktı,#nəticəsində,#nəfər,#ölüb,#nəfər,#yaralanıb,#YENİLƏNİB, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb- FOTO/YENİLƏNİB Bakıda körpünün üzərində 11 avtomobil toqquşub, xəsarət alanlar var
Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb - VİDEO - YENİLƏNİB2