Bağdadda xalq ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirib, səfirliyin divarını yandırıb

Bağdadda xalq ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirib, səfirliyin divarını yandırıb

 
İraq xalqı ABŞ qüvvələrinin Həşd Şəbi xalq könüllülər qüvvələrinin mövqelərinə zərbələr endirməsinə etiraz məqsədilə bu ölkənin  Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,məlumata görə, qəzəbli aksiyaçılar ABŞ səfirliyinin  təhlükəsizlik maneələrini və səfirliyin ətrafındakı super təhlükəsizlik bölgəni aşıb və səfirliyin içərisinə girməyə çalışıb.  
Aksiyaya yüzlərlə iraqlı qatılıb. Təhlükəsizlik qüvvələri və ABŞ-ın İraq ordusunu hücumundan qəzəblənən xalq arasında qarşıdurma baş verib. 
 
Qeyd edək ki, ABŞ-ın Hərbi Hava Qüvvələrinin İraqın Suriya ilə sərhəddəki Əl-Kaim şəhərində İraq ordusunun tərkibində olan xalq könüllülər qüvvələrinin  - "Həşd Şabi"nin 45 və 46-cı briqadasının mövqelərinə endirdiyi aviazərbələr nəticəsində   25 döyüşçü şəhid olub, 50 nəfər yaralanıb. 
 
ABŞ-ın bu terror hərəkəti bir çox beynəlxalq şəxsiyyətlər tərəfindən qınanılıb. 
 
ABŞ səfirlik əməkdaşlarını İraqdan çıxardıb.
 

Google+ WhatsApp ok.ru